7 C
Baku
Saturday, December 27, 2025

Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Respublika Gözdən Əlillər Kitabxanası və 75 mərkəzləşdirilmiş kitabxana sistemi fəaliyyət göstərir.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sistemində mövcud olan kitabxanaların fondunda ümumilikdə 19 milyondan çox kitab var:

“Nazirlik tərəfindən kitabxana fondlarının yenilənməsi və kitab sənayesi subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il “Nəşrlərin satın alınması” müsabiqəsi təşkil olunur və mütəxəssislərdən ibarət müvafiq komissiyanın qərarı ilə yüksək bədii-estetik məzmuna və keyfiyyətə malik kitabların satınalınması həyata keçirilir. Artıq ənənə halını almış bu proses son illər daha da genişləndirilib və 2023-cü ildə 546 adda, 41.098 nüsxə, 2024-cü ildə 572 adda, 49.105 nüsxə, 2025-ci ildə isə 534 adda, 65.450 nüsxə, ümumilikdə isə son üç ildə 1.652 adda 155.653 nüsxə kitab satın alınıb”.

2025-ci ildə kitabxana-biblioqrafiya proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana – İdarəetmə Sistemi) proqramı tətbiq olunub.

Qeyd edilib ki, 2025-ci il ərzində kitabxana-biblioqrafiya proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana – İdarəetmə Sistemi) proqramı tətbiq olunub, 850 000-dən çox kitabın biblioqrafik məlumatı elektron kataloqa daxil edilib:

“Hazırda KOHA proqramına inteqrasiya olunmuş mobil elektron kitabxana tətbiqinin ictimai istifadəyə verilməsi üzərində iş aparılır”.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər