Ölkəyə gətirilən köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.
Avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov deyir ki, aksiz vergisinin artırılması idxal xərclərini yüksəldəcək və bu, avtomobillərin satış qiymətinə də təsir edəcək. Eyni zamanda ölkə daxilində satışda olan köhnə avtomobillər üçün də qiymət artımı gözlənilir. Çünki idxal dəyəri bazar qiymətinə təsir edir.
Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.







