8 C
Baku
Tuesday, December 30, 2025

2025-ci ilin sonuna yaxın kakao qiymətləri kəskin bahalaşıb

Londonda ticarət olunan kakao fyuçersləri oktyabr ayından bəri ən güclü artımı nümayiş etdirib. Buna dünyanın ən iri kakao tədarükçüsü olan Kot-d’İvuardan ixracın yavaşlamasına dair əlamətlər səbəb olub.

Kakao fyuçerslərinin qiyməti 7,1% artıb.

Kot-d’İvuarda fermerlər dekabrın 28-də başa çatan həftə ərzində limanlara 59 708 ton kakao çatdırıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27% azdır.

Limanlara daxil olan kakao paxlasının həcmi ümumi tədarükün qiymətləndirilməsi üçün əsas göstərici sayılır. Son vaxtlar bu göstərici noyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə azalıb. Həmin dövrdə ardıcıl üç həftə ərzində həftəlik tədarük 100 min tonu keçmişdi.

Cari mövsüm üzrə məhsul profisiti ilə bağlı proqnozlar da yenidən nəzərdən keçirilib. Yenilənmiş qiymətləndirmələr azalmanı göstərir: analitiklər bunu Qərbi Afrikada hasilat üzrə proqnozların aşağı salınması ilə əlaqələndirirlər. Rabobank bu yaxınlarda öz proqnozunu 24% azaldaraq 250 min tona endirib.

“Citigroup” analitiklərinin dekabr qiymətləndirməsinə əsasən, 2025–2026 mövsümündə qlobal kakao tədarükünün tələbi 79 min ton üstələyəcəyi gözlənilir.

Bu, sentyabr ayında proqnozlaşdırılan 134 min tondan xeyli azdır.

Bankın proqnozuna görə, kakao qiyməti üç ay sonra 5 500 dollar, 12 ay sonra isə 5 700 dollar səviyyəsində olacaq.

“Citi”nin proqnozlarına əsasən, arabika qəhvəsinin qiyməti üç ay sonra bir funt üçün 3,60 dollar, 12 ay sonra isə 3 dollar olacaq.

Son xəbərlər
Digər xəbərlər