8 C
Baku
Tuesday, December 30, 2025

Nikkei indeksi 2025-ci ildə 26,22% artıb

Asiyanın ən böyük birjası olan Tokio Fond Birjasının əsas indeksi Nikkei 2025-ci il ərzində 26,22% yüksəlib.

Bununla belə, bu ilin son ticarət günü — çərşənbə axşamı keçirilən sessiyada — cüzi azalma ilə başa çatıb: Nikkei indeksi 0,34% geriləyərək 50 356,87 bənd səviyyəsinə düşüb. Buna baxmayaraq, indeks ötən il ərzində 10 min bənddən çox, yəni 26,22% artaraq, mövcud olduğu tarix ərzində ən yüksək səviyyəyə çatıb və ardıcıl ikinci ildir ki, tarixi maksimumunu yeniləyib.

Yerli analitiklərin qiymətləndirmələrinə görə, artımın əsas amilləri arasında yenin dollar qarşısında zəifləməsi — bu isə xarici bazarlara yönəlmiş iri yerli korporasiyalar üçün sərfəlidir. Ekspertlər Tokio Fond Birjasının 2026-cı ildə də artımını davam etdirəcəyini proqnozlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər