ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bəzi mebel növlərinə, o cümlədən mətbəx mebellərinə tarif artımının bir il müddətinə təxirə salınması barədə göstəriş verib.
ABŞ 2026-cı il yanvarın 1-dən bu məhsullar üçün əvvəllər 25% müəyyən edilmiş tarif dərəcəsini artırmağı planlaşdırıb.
Bəzi mebel növləri üzrə tariflərin 30%-ə, digərlərində isə 50%-ə qədər artırıla biləcəyi gözlənilirdi.
Vaşinqton administrasiyası ABŞ-a mebel tədarük edən bir neçə ölkə ilə davam edən ticarət danışıqlarının məhsuldar olduğuna inanaraq bunun əleyhinə qərar verib.







