6 C
Baku
Wednesday, January 7, 2026

Bitcoin və Ethereum artım nümayiş etdirir

Kapitallaşmasına görə dünyanın iki ən böyük kriptovalyutası olan Bitcoin və Ethereum artım nümayiş etdirir.

Bakı vaxtı ilə saat 07:34-ə olan məlumata görə, Bitcoin 2,08% bahalaşaraq 93,032 min ABŞ dolları səviyyəsində ticarət olunub. Ethereum-un məzənnəsi isə 1,57% artaraq 3,192 min ABŞ dollarına çatıb.

Coinmarketcap-ın yanvarın 5-nə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 3,17 trilyon ABŞ dolları təşkil edib. Bunun 1,856 trilyon ABŞ dolları (58,7%) Bitcoin-in, 384,805 milyard ABŞ dolları (12,2%) isə Ethereum-un payına düşür.

Coinglass platformasının məlumatlarına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalarda 92 mindən çox treyderin mövqeləri ümumilikdə 251,79 milyon ABŞ dolları məbləğində ləğv edilib. Ləğvetmələrin böyük hissəsi Bitcoin-in payına düşüb. Təxminən 49,83 milyon ABŞ dolları uzun mövqelər, 202,01 milyon ABŞ dolları isə qısa mövqelər üzrə ləğv edilib. Son sutka ərzində ən böyük ləğvetmə Binance kriptobirjasında ETHUSDT cütü üzrə 3,27 milyon ABŞ dolları məbləğində qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər