2 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankdan yeni qərar!

Müşahidə edilən makroiqtisadi prosesləri, pul siyasəti üzrə hədəfləri, habelə bank sektorunun likvidlik mövqeyini nəzərə alaraq Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə hərraclar çərçivəsində depozit əməliyyatlarının aparılmasına başlanması qərara alınmışdır.

Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə  də yönəlmişdir.

13 iyun 2016-cı il tarixində keçirilmiş hərracın nəticələrinə görə cəlb edilmiş depozitlərin həcmi 129 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,49 % təşkil etmişdir.

Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərinin modernizasiyası istiqamətində fəaliyyətini davam etdirəcəkdir və pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat olaraq istifadə edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər