12 fevral 2026-cı il tarixdə saat 10:00-da hərraca çıxarılan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak açıqlanıb.
Banker.az xəbər verir ki, daşınmaz əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcəkdir.
Beh “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aşağıdakı hesabına köçürülməlidir.
| Sıra № | Əmlakın növü | Ünvanı | Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) | Torpaq sahəsinin ölçüsü(ha) | Start qiyməti (manatla) | 10% beh (manatla) |
| 1 | Qeyri-yaşayış binası | Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 | 472.1 | 0.0314 | 471 000 | 47 100.00 |





