ABŞ prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinə müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Venesuelanın resurslarından istifadə etməklə neftin qiymətlərini aşağı salmağı planlaşdırır.
“Biz neftdən istifadə edəcəyik və nefti götürəcəyik. Neftin qiymətlərinin aşağı düşməsinə nail olacağıq və vəsaitləri Venesuelaya yönəldəcəyik”, — deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, bu yolla ABŞ respublikanı “çox gəlirli şəkildə” bərpa edəcək.
Donald Tramp qeyd edib ki, Venesuelanın müvəqqəti hökuməti ABŞ-yə ölkənin “zəruri hesab etdiyi hər şeyi” verir. ABŞ tərəfinin Venesuela üzərində nəzarəti, prezidentin sözlərinə görə, bir neçə il davam edə bilər.
Yanvarın 3-də ABŞ Karakasa zərbələr endirib, bundan sonra Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores ələ keçirilib. ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton respublikanın “xaosa sürüklənməməsi” üçün fəaliyyət planı hazırlayıb. Onun sözlərinə görə, Amerika tərəfi Venesuela neftini bazar qiymətləri ilə, heç bir endirim etmədən satmağı planlaşdırır.






