Bakı Fond Birjasında (BFB) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri açıqlanıb.
Birjadan Banker.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-dekabr ayları ərzində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 44 milyard 720 milyon manat dövriyyə ilə 1-ci, “ABB İnvest İnvestisiya Şirkəti” QSC 38 milyard 394 milyon manat dövriyyə ilə 2-ci, “CPM-İnvest İnvestisiya Şirkəti” QSC 6 milyard 666 milyon manat dövriyyə ilə 3-cü olub.






