8 C
Baku
Saturday, January 10, 2026

İraq “Qərbi Qurna-2” yatağında LUKOIL-in aktivlərinin milliləşdirilməsi planını təsdiqləyib

İraq hökuməti Rusiya neft-qaz şirkəti LUKOIL-a məxsus “Qərbi Qurna-2” yatağının 75% payının milliləşdirilməsi planını təsdiqləyib. “Reuters” agentliyi şirkət daxilindəki mənbələrə istinadən xəbər verir ki, İraqın “Basra Oil Company” şirkəti bir il ərzində yatağa nəzarəti öz üzərinə götürəcək.

Agentliyin mənbələrinin bildirdiyinə görə, qərar LUKOIL-a qarşı ABŞ sanksiyaları səbəbindən mümkün fasilələrin qarşısını almaq məqsədi daşıyır. “ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənlik fonunda İraq fasiləsiz fəaliyyəti təmin etməyə çalışır”, — deyə “Basra Oil Company”nin nümayəndəsi bildirib.

“Qərbi Qurna-2” yatağı dünya üzrə neft tədarükünün təxminən 0,5%-ni və İraqda hasilatın 9%-ni təşkil edir. “Reuters”in məlumatına görə, ABŞ Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş son müddətə əsasən, LUKOIL öz aktivlərini yanvarın 17-dək satmalıdır.

Oktyabrın 22-də ABŞ LUKOIL, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin Rusiya neft-qaz şirkətləri ilə əməliyyatlara dair verdiyi lisenziya 29 aprel 2026-cı ilədək qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər