9 C
Baku
Saturday, January 10, 2026

Tramp: “Mənim səlahiyyətlərim beynəlxalq hüquqla məhdudlaşmır”

ABŞ prezidenti Donald Tramp bildirib ki, xarici siyasətdə atdığı addımlar beynəlxalq hüquq normaları ilə deyil, yalnız öz mənəvi prinsipləri və düşüncəsi ilə məhdudlaşır. O, bunu “The New York Times” qəzetinə verdiyi müsahibədə deyib.

“Bir məhdudiyyət var. Mənim öz mənəviyyatım. Mənim öz düşüncəm. Məni dayandıra biləcək yeganə şey budur”, — deyə Donald Tramp bildirib. Dövlət başçısı əlavə edib ki, onun administrasiyası beynəlxalq hüquqa əməl etməlidir, lakin bu normalar ABŞ-nin maraqları ilə ziddiyyət təşkil edərsə, son söz ona məxsus olacaq.

Bir gün əvvəl ABŞ Senatında prezidentin Konqresin razılığı olmadan Venesuelada hərbi qüvvədən istifadə etməsini qadağan edən qətnamə üzrə səsvermə keçirilib. Sənədi 52 senator dəstəkləyib, 47 senator əleyhinə səs verib, daha biri isə bitərəf qalıb.

Son xəbərlər
Digər xəbərlər