8 C
Baku
Saturday, January 10, 2026

Tramp Venesuelaya qarşı ikinci zərbə dalğasını ləğv edib

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, o, Venesuelanın Vaşinqtonla əməkdaşlığı ilə əlaqədar olaraq ölkəyə qarşı ikinci hücum dalğasını ləğv etmək qərarı verib. Təhlükəsizlik məqsədilə Amerika gəmiləri mövqelərini tərk etməyəcək.

Tramp qeyd edib ki, Venesuela çox sayda siyasi məhbusu azad edir və xüsusilə neft və qaz infrastrukturunun daha müasir formada bərpası məsələlərində ABŞ ilə əməkdaşlıq edir. ABŞ prezidentinin Ağ Evdə görüşməyi planlaşdırdığı iri neft şirkətləri tərəfindən bu sahəyə ən azı 100 milyard dollar investisiya qoyulacaq.

Yanvarın 3-ü səhər saatlarında ABŞ hərbçiləri Venesuela ərazisinə zərbələr endirib və ölkə prezidenti Nikolas Maduro ilə onun həyat yoldaşı Siliya Floresi saxlayıblar. Yanvarın 5-də cütlük Nyu-Yorkdakı Federal Məhkəmə qarşısına narkotik və silah alveri ittihamı ilə çıxarılıb. Onlar özlərini təqsirli bilməyiblər. İş üzrə növbəti məhkəmə iclasının martın 17-də keçirilməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər