8 C
Baku
Thursday, December 12, 2024

Maliyyə naziri: “Büdcənin icrasında problem yoxdur”

“Azərbaycanın 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem görmürük və bununla bağlı mütəmadi məlumat verilir”. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Manat kütləsinin artmasının inflyasiya təzyiqini gücləndirməsi ehtimallarına dair verilən sualın cavabında isə S.Şərifov belə söhbətlərin həqiqəti əks etdirmədiyini deyib: “Manat kütləsi dövriyyəyə müxtəlif yollarla buraxılır. Təkcə büdcə manat kütləsini artırmır. Ona görə də belə söz-söhbətlərə o qədər də fikir verməyin”.

Report

 

Son xəbərlər
Digər xəbərlər