7 C
Baku
Sunday, January 11, 2026

Zara İbrahimzadə “PAŞA Bank”da yeni vəzifəyə təyin edildi

“PAŞA Bank” ASC-də Baş İcraçı Direktora müşavir təyin edilib.

Banker.az xəbər verir ki, Zara İbrahimzadə “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətində Baş icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib.

Z.İbrahimzadə 2023-cü ilin fevral ayından indiyə qədər “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub.

O, ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarında vəzifəsindən ayrılmışdır.

ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.

Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər