13 C
Baku
Monday, January 12, 2026

Tramp özünü Venesuelanın lideri adlandırıb

ABŞ prezidenti Donald Tramp “TruthSocial” sosial şəbəkəsində öz fotosu və qısa bioqrafiyası olan bir skrinşot paylaşıb. Bioqrafiyada onun Venesuelanın lideri olduğu qeyd olunub.

Şəkildə Trampın 2026-cı ilin yanvarından etibarən Venesuelanın vəzifəsini icra edən prezidenti olduğu göstərilir.

Yanvarın 3-də ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi saxlayıblar. Ölkənin rəhbərliyi vitse-prezident Delsi Rodrigesə keçib. Əməliyyatdan sonra Amerika hakimiyyəti Qərb yarımkürəsinin artıq onların müstəsna maraq dairəsinə çevriləcəyini bəyan edib. Bundan əlavə, Tramp Venesuela üzərində nəzarətin bir ildən xeyli artıq müddət davam edə biləcəyini də istisna etməyib. Onun sözlərinə görə, Maduronun keçmiş tərəfdarlarından ibarət müvəqqəti administrasiya “ABŞ-nin zəruri hesab etdiyi hər şey edir”.

Son xəbərlər
Digər xəbərlər