13 C
Baku
Monday, January 12, 2026

BP-nin distribyutoru nizamnamə kapitalını 3.9 milyon manat azaldır

“Petrokem Qrup” məhdud məsuliyyətli cəmiyyəti nizamnamə kapitalının 8 508 500 manat azaldılaraq 4 581 500 manat müəyyən edildiyini elan edilir.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 3 927 000 manat azaldılıb.

“Petrokem Qrup” MMC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kreditorların nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir.

Ünvan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km., ev 8-dir.

Xatırladaq ki, “Petrokem Qrup” 1993-cü ildə yaradılıb, BP-nin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər