15 C
Baku
Monday, January 12, 2026

“OpenAI” “SoftBank”in enerji bölməsinə $500 milyon investisiya qoyur

“OpenAI” “SoftBank Group”un törəmə şirkəti olan, bərpa olunan enerji mənbələri və data-mərkəzlərlə məşğul olan “SB Energy”yə 500 milyon dollar investisiya edir. “Silicon Angle” yazır ki, sövdələşmə əlavə şərtləri də nəzərdə tutur: “OpenAI” tərəfindən yatırılan 500 milyon dollar “SoftBank”ın töhfəsi hesabına ikiqat artırılacaq və nəticədə maliyyələşdirmə raundu çərçivəsində 1 milyard dollar cəlb olunacaq. Bundan əlavə, “SB Energy” öz daxili fəaliyyətində “OpenAI” xidmətlərindən istifadə edəcək və “Stargate” təşəbbüsünü dəstəkləyəcək.

Tərəfdaşlıq qismən onunla izah olunur ki, “SoftBank” artıq “ChatGPT” tərtibatçısının ən böyük investorudur. Mart ayında yapon şirkəti “OpenAI” üçün 40 milyard dollarlıq maliyyələşdirmə raunduna rəhbərlik etməyə razılaşıb, dekabrın sonunda isə tərəfdaşına ən azı 22,5 milyard dollar investisiya edib.

“SB Energy” 2011-ci ildə “SoftBank” tərəfindən bərpa olunan enerji infrastrukturu qurmaq məqsədilə yaradılıb. Hazırda şirkət Kaliforniyada ümumi gücü təxminən 1,36 QVt olan iki enerji saxlama obyektinin tikintisini həyata keçirir. “SB Energy” həmçinin texnoloji infrastruktura investisiya qoyur. Xüsusilə, “OpenAI” bildirib ki, “SoftBank” bölməsinə Texas ştatının Maylam (Milam) dairəsində, “Orion Solar Belt” günəş elektrik stansiyasının yerləşdiyi ərazidə 1,2 QVt gücündə “Stargate” infrastrukturunun tikintisi etibar olunacaq.

“SB Energy-“nin saytında həmçinin Texasda ikinci data-mərkəz kampusunun inşa edildiyi qeyd olunur, lakin onun “OpenAI” tərəfindən istifadə olunub-olunmayacağı dəqiqləşdirilmir. Mövcud məlumatlara görə, söhbət gücü 1 QVt-dan artıq olan obyektdən gedir.

Son xəbərlər
Digər xəbərlər