“CoinDesk”in məlumatına görə, Dubayın maliyyə tənzimləyicisi (DFSA) DIFC beynəlxalq maliyyə zonasında rəqəmsal aktivlərin dövriyyəsi ilə bağlı yeni qaydalar tətbiq edib. Yanvarın 12-dən etibarən “Monero” və “Zcash” daxil olmaqla məxfi kriptovalyutalara qadağa qüvvəyə minib.
Bunun məqsədi əməliyyatların şəffaflığını təmin etmək, eləcə də çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiya qanunvericiliyinin tələblərinə əməl etməkdir.
Eyni zamanda, DFSA steyblkoinlərin tərifinə yenidən baxıb. Bu kateqoriyaya artıq yalnız ənənəvi valyutalara bağlanmış və yüksək likvid ehtiyatlarla təmin olunan aktivlər daxildir. “Ethena”nın USDe kimi alqoritmik tokenləri steyblkoin hesab edilmir, lakin onların dövriyyəsi qadağan olunmayıb.
Bundan sonra DIFC-də lisenziyalaşdırılmış şirkətlər kriptoaktivlərin qiymətləndirilməsi və istifadəyə buraxılmasına tənzimləyicinin əvvəlcədən razılığı olmadan özləri cavabdeh olacaqlar.





