2026-cı il fevral ayının 17-də keçiriləcək təkrar pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyətləri haqqında məlumat açıqlanıb.
Banker.az xəbər verir ki, pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (e-services.economy.gov.az) vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.
| Sıra sayı | Səhmdar cəmiyyətinin adı və təsis tarixi |
Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti (manat) |
İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği (manat) |
|
| sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında %-lə |
|||||||||
| 1 | Gəncə Quşçuluq №381 02.07.1997 |
Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsi | 1223095,40 | 611547 | 2,00 | 183781 | 30,05 | 367562,00 | 183781,00 | 18378,10 |
| 2 | Ləki Sinklənmiş qablar №532 06.04.1998 | Ağdaş rayonu, Ləki qəsəbəsi | 178828,00 | 89414 | 2,00 | 26835 | 30,01 | 53670,00 | 26835,00 | 2683,50 |
| 3 | Xəzər Avtonəqliyyat №972 29.06.1998 |
Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, 44 | 559272,00 | 279636 | 2,00 | 83915 | 30,01 | 167830,00 | 83915,00 | 8391,50 |
| 4 | Xaçmaz Mexanizasiya Nəqliyyat №93 15.04.2005 | Xaçmaz şəhəri, Sabir küçəsi, 4 | 123056,00 | 61528 | 2,00 | 18463 | 30,01 | 36926,00 | 18463,00 | 1846,30 |
| 5 | İsmayıllı Sənaye İstehsal №76 30.03.2007 | İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi, 6 | 138698,00 | 69349 | 2,00 | 31084 | 44,82 | 62168,00 | 31084,00 | 3108,40 |






