Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar illik 100 milyon m³ içməli su təminatının yaradılması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində təmizlənmiş tullantı sularından təkrar istifadə imkanlarının təmin edilməsi, “Bakı Metropoliteni” QSC-nin stansiyalarında və digər ərazilərdə formalaşan qrunt
sularından istifadəyə dair 3 pilot layihənin həyata keçirilməsi planlaşdırılır.






