Səudiyyəli developer “Dar Global” ölkədə “Trump” brendi altında iki dəbdəbəli layihənin istifadəyə verildiyini elan edib. “Reuters”in məlumatına görə, Ər-Riyad və Ciddədə ümumi dəyəri 10 milyard dollar olan qolf-klub və hotel inşa olunacaq.
“Trump International Golf Club” qapalı kompleks olacaq və qolf meydançası, dəbdəbəli hotel, həmçinin premium yaşayış komplekslərini əhatə edəcək. Obyektin sahəsi 2,6 milyon kvadratmetr təşkil edəcək. Ciddədə isə ofis və yaşayış məkanlarını birləşdirən çoxfunksiyalı “Trump Plaza” kompleksinin tikintisi planlaşdırılır.
“Dar Global”ın baş icraçı direktoru Ziyad Əl-Çaarın sözlərinə görə, bu layihələrin inşası Səudiyyə Ərəbistanının iqtisadiyyatın şaxələndirilməsinə, neft asılılığından imtinaya və birbaşa xarici investisiyaların cəlbinə yönəlmiş “Vision 2030” inkişaf strategiyasına uyğundur.






