8 C
Baku
Tuesday, January 13, 2026

Tramp yanvarın 15-də Venesuela müxalifətinin lideri Maçado ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp yanvarın 15-də Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşəcək. Bu barədə CNN yüksək vəzifəli amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

Yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasından sonra Donald Tramp Mariya Korina Maçadonun dövlət başçısının müvəqqəti səlahiyyətlərini icra edən şəxs postuna namizədliyini dəstəkləməkdən imtina edib. ABŞ prezidenti bildirib ki, Venesuela xalqının dəstəyinin olmaması səbəbindən onun ölkəyə rəhbərlik etməsi çətin olacaq.

Mariya Korina Maçado Nobel Sülh Mükafatı laureatıdır. Yanvarın əvvəlində o, mükafatı Donald Trampa verməyə hazır olduğunu bildirmişdi, lakin Nobel Komitəsi bunun mümkün olmadığını açıqlayıb.

“Onunla (Mariya Korina Maçado ilə) danışmalı olacağam. Bildiyimə görə, səbəb məhz budur. Tarixdə Nobel mükafatına məndən daha çox layiq olan birini təsəvvür edə bilmirəm”, — deyə cənab Tramp yanvarın 9-da Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə görüş zamanı bildirib.

Son xəbərlər
Digər xəbərlər