ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 17, 18, 24 və 25 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində endirimli qiymətlərlə əlavə qatar reysləri təyin edir.
Banker.az xəbər verir ki, 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı–Ağstafa–Bakı ekspres tipli qatar biletinin qiymətinə 10 faiz endirim tətbiq olunur.
Eyni zamanda, bu marşrut üzrə nəzərdə tutulmuş 23 kiloqramlıq pulsuz baqaj normasından əlavə 10 kiloqrama qədər yükün daşınması üçün rüsum 40 manatdan 20 manata endirilib.







