Beynəlxalq konsaltinq şirkəti “Henley & Partners” vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayına görə dövlətlərin sıralandığı dünyanın pasportları üzrə yeni indeksini dərc edib.
Birinci yeri ötən ilin lideri olan Sinqapur qoruyub saxlayıb. Bu ölkənin pasportu sahiblərinə 192 ölkəyə vizasız səfər etməyə imkan verir. İkinci yeri Yaponiya və Koreya bölüşüb. Üçüncü yerdə isə Danimarka, Lüksemburq, İspaniya, İsveç və İsveçrə qərarlaşıb.
113 ölkəyə vizasız səfər etmək imkanı verən Rusiya pasportu Türkiyə pasportu ilə birlikdə 46-cı yeri tutub. Ötən il dünyanın ilk onluğundan kənarda qalan ABŞ pasportu isə bu il yenidən ilk onluğa qayıdıb.
Macarıstan, Portuqaliya, Slovakiya, Sloveniya və BƏƏ 184 ölkəyə vizasız gediş imkanı ilə reytinqdə beşinci yeri bölüşüb. Xorvatiya, Çexiya, Estoniya, Malta, Yeni Zelandiya və Polşa 183 ölkə ilə altıncı yerdə qərarlaşıb.
Yeddinci sıranı Avstraliya, Latviya, Lixtenşteyn və Böyük Britaniya (182 ölkə), səkkizinci sıranı Kanada, İslandiya və Litva (181 ölkə), doqquncu sıranı Malayziya (180 ölkə), oncuncu sıranı isə ABŞ (179 ölkə) tutur.
Qeyd edək ki, Azərbaycan pasportu siyahıda 67-ci yerdədir və 70 ölkəyə vizasız gediş-gəliş imkanı verir.





