4 C
Baku
Wednesday, January 14, 2026

“Reuters”: Venesuela neft hasilatını bərpa edir

“Reuters” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Venesuelanın dövlət enerji şirkəti PDVSA ABŞ embarqosu səbəbindən tətbiq edilən neft hasilatının azaldılması tədbirlərini ləğv edir. Neft ixracı Vaşinqtonun nəzarəti altında yenidən bərpa olunur.

ABŞ-nin dekabr ayında neft tədarükünə blokada tətbiq etməsindən sonra Venesueladan neft ixracı “demək olar ki, sıfıra enib”. Yalnız ABŞ-nin “Chevron” neft şirkəti ABŞ lisenziyası əsasında PDVSA ilə birgə müəssisələrindən neft ixracını davam etdirib. Nəticədə milyonlarla barel neft “yerüstü anbarlarda və tankerlərdə ilişib qalıb”. Anbarlar dolduqca PDVSA quyuları bağlamağa məcbur olub. İndi isə şirkət birgə müəssisələrə hasilatı bərpa etməyi tapşırır.

Konsaltinq şirkətlərinin məlumatlarına görə, ötən həftə Venesuelada neft hasilatının həcmi sutkada 880 min barelə (b/s) düşüb. Noyabrın sonlarında bu göstərici 1,16 milyon b/s təşkil edirdi. Agentliyin bildirdiyinə görə, yanvarın 13-ü axşam saatlarında Venesuelanın ərazi sularını iki supertanker tərk edib və onların hər biri 1,8 milyon barel neft daşıyıb. Bu, Karakas və Vaşinqton arasında ixracın bərpasına yönəlmiş 50 milyon barellik razılaşma çərçivəsində ilk tədarüklər ola bilər. PDVSA hələlik sövdələşmənin razılaşdırıldığını təsdiqləməyib.

Son həftələrdə ABŞ beynəlxalq sularda Venesuela neftini daşıyan və ya əvvəllər bu fəaliyyətlə məşğul olmuş beş gəmiyə əl qoyub. ABŞ Ağ Evi tankerlərin ələ keçirilməsinin davam etdiriləcəyini vəd edib. “Reuters”in məlumatına görə, ABŞ hökuməti Venesuela nefti ticarəti ilə əlaqəli tankerələrin həbs olunması üçün məhkəmələrə orderlərlə müraciət edib.

Son xəbərlər
Digər xəbərlər