5 C
Baku
Thursday, January 15, 2026

Azərbaycanda marketlər şəbəkəsinin direktoru dəyişib

Ölkənin ilk supermarket şəbəkələrindən olan “Bizim Market” MMC-nin direktoru dəyişib.

Banker.az xəbər verir ki, Təhminə Salmanova Rasim qızı şirkətin direktoru təyin edilib. O, bu vəzifədə Ramin Şirinov Rasim oğlunu əvəz edib.

Şirkət 2007-ci ildə təsis edilib və hazırda 7.36 mln. manat nizamnamə kapitalına malikdir.

2023-cü ildə “Grandmart”, “Bolmart” və “Megastore” supermarket şəbəkələri ilə gələcək fəaliyyətlərini birgə davam etdirmək qərarı alınmış və bu səbəbdən də şirkətin fəaliyyəti dayandırılmışdı.

Son xəbərlər
Digər xəbərlər