2 C
Baku
Thursday, January 15, 2026

“Premium Bank” 2025-ci il üzrə hesabat açıqladı

“Premium Bank” ASC 2025-ci ildə 11.36 mln. manat xalis mənfəət əldə edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17% artım nümayiş etdirib. Dövr sonunda bölüşdürülməmiş mənfəət 15.57 mln. manata çatıb, bu da 2024-cü illə müqayisədə 9% artım deməkdir.

Banker.az xəbər verir ki, bankın faiz gəlirləri 36.98 mln. manat təşkil edərək 16% artıb. Müştərilərə verilmiş kreditlərdən gəlirlər 32.39 mln. manat, banklar və digər maliyyə institutlarındakı depozitlərdən faiz gəlirləri 2.81 mln. manatla təşkil edib. Faiz xərcləri isə cüzi artaraq 11.51 mln. manata çatıb. Nəticədə xalis faiz gəliri 25.47 mln. manat olub ki, bu da illik 24% artım deməkdir.

Qeyri-faiz gəlirləri 16.72 mln. manat təşkil edərək 4% azalıb. Bunun əsasən xarici valyuta əməliyyatlarından gəlirlərin 2.54 mln. manata düşməsi ilə bağlıdır. Qeyri-faiz xərcləri isə 28.68 mln. manat olub və 7% artıb.

“Premium Bank”ın aktivləri 677.67 mln. manata çatmaqla illik 6% artım göstərib. Müştərilərə verilmiş kreditlər xalis 469.99 mln. manat təşkil edib, 2024-cü ilə nisbətən 3% yuxarıdır. Nağd pul vəsaitləri 170.01 mln. manat, ticarət və investisiya qiymətli kağızları 16.92 mln. manat, digər aktivlər isə 15.07 mln. manat təşkil edib.

Kommersiya bankının öhdəliklər 480.28 mln. manat olmaqla illik 4% artım göstərib. Fiziki şəxslərin depozitləri 305.09 mln. manat, hüquqi şəxslərin depozitləri 89.08 mln. manat olub. Kapital isə 197.39 mln. manat təşkil edərək 11% artıb, əsas olaraq səhmdar kapitalının 174.60 mln. manata yüksəlməsi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər