5 C
Baku
Friday, January 16, 2026

2025-ci ildə ən böyük xalis mənfəət əldə edən banklar – RENKİNQ

Azərbaycanın bank sektoru 2025-ci ildə tarixi maksimum olan 1 milyard 164.5 milyon manat həcmində xalis mənfəət formalaşdırıb.

Banker.az bankların ümumi təqdim etdiyi hesabatlara istinadən xəbər verir.

Bu göstərici 2024-cü ildəki 1 milyard 44.3 milyon manat ilə müqayisədə təqribən 11.5% artım deməkdir. Hesabat təqdim edən bankların hamısı xalis mənfəət açıqlayıb.

TOP5 iri bank isə ümumilikdə 921.28 milyon manat xalis mənfəət əldə edərək öncəki ili 15% üstələyib. Hazırda TOP5-lik ümumi xalis mənfəətin 79% payına sahibdir. Öncəki ildə isə ən iri beşliyin ümumi sektorun xalis mənfəətindəki payı 75% idi.

Xalis mənfəətə görə ən iri banklar aşağıdakılardır:

  • ABB – 335.69 milyon manat
  • Kapital Bank – 315.01 milyon manat
  • PAŞA Bank – 148.90 milyon manat
  • Xalq Bank – 61.08 milyon manat
  • Bank Respublika – 60.59 milyon manat

45453443543543

Son xəbərlər
Digər xəbərlər