“Azersun Holding” MMC-yə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC 2025-ci ildə xalis mənfəətini illik müqayisədə 2.75% artıraraq 6.63 mln. manata çatdırıb. Halbuki, 2024-cü ildə bank 6.45 mln. manat xalis mənfəət əldə etmişdi. Mənfəət artımı əsasən əməliyyat gəlirlərinin yüksəlməsi fonunda formalaşıb.
Bankın xalis faiz gəliri hesabat dövründə 18.97 mln. manat təşkil edib ki, bu da ötən illə müqayisədə 6.66% artım deməkdir. Qeyri-faiz gəlirləri isə 2.72% artaraq 16.19 mln. manata yüksəlib. Bununla yanaşı, qeyri-faiz xərcləri də artaraq 26.16 mln. manata çatıb (illik 1.27% artım). Nəticədə əməliyyat mənfəəti illik müqayisədə 16.63% artaraq 9.01 mln. manat olub.
2025-ci ilin yekununda bankın bölüşdürülməmiş mənfəəti 62.54 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 12.02% artım deməkdir. Kapital bazası da möhkəmlənərək cəmi kapital 6.16% artımla 128.33 mln. manata yüksəlib.
ASB-nin cəmi aktivləri 6.03% artaraq 826.19 mln. manata çatıb. Müştərilərə verilən xalis kreditlər 15.34% artımla 335.36 mln. manat, depozit portfeli isə 2.07% artaraq 475.58 mln. manat olub. Fiziki şəxslərin müddətli depozitləri 6.35% artım, hüquqi şəxslərin müddətli depozitləri isə 12.82% azalma göstərib.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.43 faizi Anadolu Investment Company, 1.00 faizi Leyla Gözal Kurt və 0.58 faizi “Azərbaycan Sənaye Lizinq Şirkəti”nə məxsusdur.






