4 C
Baku
Saturday, January 17, 2026

Venesuelada maye qazın ixracı üzrə ilk müqavilə imzalanıb

Venesuela hakimiyyəti bildirib ki, ölkədə maye qazın ixracı üzrə ilk müqavilə imzalanıb. Bu ixracdan əldə edilən gəlirlər Venesuela Mərkəzi Bankı vasitəsilə milli valyuta bazarına daxil olacaq.

Bu barədə yanvarın 16-da ölkə prezidenti vəzifəsini icra edən Delsi Rodriqes Milli İqtisadi Şuranın iclasında elan edib.

Onun sözlərinə görə, yeni qanun neft-qaz gəlirlərini “milli iqtisadiyyatın mühərrikinə” çevirmək və ölkənin istehsal gücünü tam inkişaf etdirmək məqsədi daşıyır:

“Neft və qaz satışından əldə edilən vəsaitin bir hissəsinin əhalinin sosial müdafiəsi üçün suveren fondlara yönləndirilməsi nəzərdə tutulur.

Qalan gəlirlər infrastrukturun inkişafına, eləcə də ictimai xidmətlərin yaxşılaşdırılmasına investisiya ediləcək ki, bu da Venesuelanın uzunmüddətli inkişafına töhfə verməlidir”.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər