5 C
Baku
Sunday, January 18, 2026

Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

Ağ Evin yeni gömrük rüsumları Almaniyanın ABŞ-yə ixracını 5-10 % azalda və ildə 8-dən 15 milyard avroya qədər itkilərə səbəb ola bilər.

Bu barədə iqtisadçıların hesablamalarına istinadla “Bild” qəzeti məlumat yayıb.

“Almaniya iqtisadiyyatı Vaşinqton tərəfindən əvvəllər tətbiq edilən 15 %-lik tarif səbəbindən itkilərə məruz qalıb”, məlumatda qeyd olunub. Bildirilib ki, Vaşinqton Berlinin ən vacib ticarət tərəfdaşıdır və Almaniyadan Amerikaya avtomobillər, dəzgahlar, kimya və əczaçılıq məhsulları ixrac olunur. Almaniyanın ABŞ-yə ixracının həcmi ildə təxminən 157 milyard avro təşkil edir.

İqtisadçı Gerrit Hayneman qeyd edib ki, yeni rüsum təhdidləri Almaniya üçün heç də əlverişli deyil. “İlk növbədə Almaniya avtomobil sənayesi əziyyət çəkir, çünki onun məhsullarının ABŞ-yə ixracı 2025-ci ildə demək olar ki, 14 % azalıb”, – ekspert qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər