“Şahdağ Turizm Mərkəzi” xizək zolaqları və kanat yollarının idarəçiliyi üçün məsləhət və təlim xidmətləri alır.
Banker.az xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti xizək zolaqlarının və kanat yollarının idarəedilməsi ilə bağlı məsləhət, audit və təlim xidmətlərinin satın alınması üzrə müqavilə bağlayıb.
Satınalma müqaviləsinin dəyəri 1 132 625 manat təşkil edir.
Müvafiq xidmətlər “Neugest 1957 SLU” şirkəti tərəfindən təmin ediləcək.
“Neugest 1957 SLU” — İspaniyada fəaliyyət göstərən məsləhət və turizm üzrə şirkətdir. Bu firma dağ və xizək turizmi sahəsində beynəlxalq təcrübəyə malik olub, xüsusilə dağ-xizək mərkəzlərinin infrastrukturunun auditi, idarəedilməsi və strateji planlaşdırılması üzrə xidmətlər göstərir.






