3 C
Baku
Tuesday, January 20, 2026

Azərbaycan ötən il Gürcüstandan 7 mindən artıq avtomobil idxal edib

Ötən il Azərbaycan Gürcüstandan ümumi dəyəri 213,3 milyon ABŞ dolları olan 7 814 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında məlumat yayılıb.

İllik müqayisədə avtomobillərin tədarükündə dəyər baxımından 26,47%, say baxımından isə 1,6 dəfə azalma qeydə alınıb. Avtomobillərin bir ədədinin orta qiyməti 27 min ABŞ dollarından çox olub.

2025-ci ildə Gürcüstandan ümumilikdə 2,81 milyard ABŞ dolları dəyərində 111 265 ədəd minik avtomobili ixrac olunub ki, bunun da 7,02%-i Azərbaycana yönəldilib.

Son xəbərlər
Digər xəbərlər