1 C
Baku
Wednesday, January 21, 2026

Qızılın qiyməti rekord 4 850 dollara çatıb

“Comex” birjasında qızılın fevral fyuçersinin qiyməti ilk dəfə olaraq bir troya unsiyası üçün 4 850 dolları keçib. Saat 09:40-a olan məlumata görə, qızılın qiyməti 2,20% artaraq 4 870,5 dollar səviyyəsinə yüksəlib. Gümüşün mart fyuçersi isə 0,7% ucuzlaşaraq bir unsiya üçün 93,9 dollar olub.

2025-ci ilin dekabrında qızıl və gümüş bir neçə dəfə tarixi maksimumlarını yeniləyib, yanvar ayında isə onların qiymət artımı davam edib. “Bloomberg” yazır ki, qiymətli metalların bahalaşması geosiyasi gərginliyin artması, o cümlədən Venesueladakı vəziyyətlə əlaqədardır. Qızıla olan tələbi həm mərkəzi banklar, həm də institusional investorlar formalaşdırır.

Son xəbərlər
Digər xəbərlər