Azərbaycan qeyri-monetar qızıl idxalını 2025-ci ilin ilk 11 ayında əhəmiyyətli dərəcədə artırıb. Banker.az xəbər verir ki, bu dövrdə ölkəyə 48 402 kiloqram qızıl idxal olunub və idxalın dəyəri 5 milyard 41.73 milyon ABŞ dolları təşkil edib.
Müqayisə üçün, 2024-cü ilin ilk 11 ayında qızıl idxalı 34 083 kiloqram, dəyər ifadəsində isə 2 milyard 714.76 milyon dollar olub. Beləliklə, illik müqayisədə qızıl idxalı miqdar üzrə 42.02%, dəyər üzrə isə 85.71% artım göstərib.
Təkcə 2025-ci ilin noyabr ayında Azərbaycana 3 961 kiloqram və ya 526.68 milyon dollar dəyərində qızıl idxal edilib.
Azərbaycan noyabrda idxal etdiyi qızılın bir kiloqramını 132 978 dollar olub.
Ümumilikdə, 2024-cü ilin aprelindən 2025-ci ilin noyabr ayının sonuna qədər ölkə 89 480 kiloqram qızıl alıb ki, bunun da ümumi dəyəri 7 milyard 827.95 milyon ABŞ dolları səviyyəsində qızıl idxal edilib.
Qlobal miqyasda qızıl bazarı bahalaşma tendensiyası ilə fərqlənir. Geosiyasi risklərin artması, aparıcı mərkəzi bankların monetar yumşalma siyasəti və ehtiyatların şaxələndirilməsi marağı qızılın strateji aktiv kimi cəlbediciliyini gücləndirir.
Qızılın fyuçersləri tarixdə ilk dəfə 4660 dollar/unsiya səviyyəsini keçib. Bu bahalaşma eyni qaydada gümüşdə də müşahidə olunur. Bir unsiya gümüş 95 dollara qədər bahalaşıb.








