“Ziraat Bank Azərbaycan” ASC-nin kredit portfeli 2025-ci ilin sonunda illik müqayisədə 45% genişlənib.
Banker.az bankın hesabatına istinadən xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi 751.13 mln. manata yüksəlib. Bu 2024-cü ildə 520.47 mln. manat idi.
Portfelin əsas hissəsini təşkil edən biznes kreditləri 39% artımla 694.7 mln. manat olub (2024: 498.06 mln. manat) və ümumi kredit artımının əsas drayveri kimi çıxış edib.
İstehlak kreditləri kəskin artım göstərərək 454% yüksəlib və 29.86 mln. manata çatıb. Bu, 2024-cü ildə cəmi 5.39 mln. manat idi.
İpoteka kreditləri illik müqayisədə 61% artaraq 26.27 mln. manatdan 42.29 mln. manata yüksəlib.
“Ziraat Bank Azərbaycan”ın kredit portfelinin genişlənməsi fonunda kreditlərdən əldə olunan faiz gəlirləri 56% artaraq 64.24 mln. manat olub ki, bu da bankın ümumi gəlirliliyinə əsas töhfə verən amil kimi çıxış edib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” 2025-ci ili 23.25 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 60% artım deməkdir. Halbuki, 2024-cü ildə 14.50 mln. manat xalis mənfəət əldə edilmişdi.






