ABŞ prezidenti Donald Tramp özünü diktator adlandırdığını bildirib. Onun sözlərinə görə, bəzən hakimiyyətdə belə insanlara ehtiyac olur. Tramp bu fikirləri “World Economic Forum” çərçivəsində Davosdakı çıxışından sonra biznes nümayəndələri ilə görüş zamanı səsləndirib.
“Yaxşı çıxış idi. Çox yaxşı rəylər aldıq. Buna inana bilmirəm. Biz yaxşı rəylər aldıq, halbuki adətən belə çıxışlardan sonra “o dəhşətli diktatordur” deyirlər. Mən diktatoram. Amma bəzən diktator lazımdır. Bu dəfə onlar bunu demədilər. Və yox, bu sadəcə sağlam məntiqdir”, — deyə Tramp bildirib.
Qeyd edək ki, Donald Tramp ötən ilin 21 yanvarında başlayan ikinci prezidentlik müddətinin ilk günündə bu cür xarakteristikanı rədd etmişdi. “Məni belə adlandıracaqlarını heç təsəvvür edə bilmirəm”, — deyə o zaman bildirmişdi.
2025-ci ilin dekabrında Donald Trampın reytinqi 39%-ə enərək ikinci müddət üzrə minimum həddə yaxınlaşıb. “Reuters” sorğusuna əsasən, bu azalma seçicilərin iqtisadi siyasətdən məyus olması ilə əlaqələndirilir. 2025-ci ilin yanvarında keçirilən andiçmədən sonra Trampın reytinqi 47% təşkil edirdi.






