5 C
Baku
Thursday, January 22, 2026

Azərbaycanda şəhərlərdə və kəndlərdə kommunal xidmətlərin qiymətlərinin fərqli olması təklif edilir

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib.

“Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər