Yaponiyanın baş naziri Sanae Takaiti yanvarın 23-də ölkə parlamentinin aşağı palatasını — Nümayəndələr Palatasını buraxıb. Bu addım fevralın 8-də növbədənkənar ümumi seçkilərin keçirilməsi üçün zəmin yaradıb, “Nikkei Asia” yazır.
Takaiti parlamentin aşağı palatasının növbədənkənar buraxılması barədə qərarını yanvarın 19-da elan edib. Qeyd olunur ki, Baş nazir 2024-cü il oktyabrın 27-də keçirilmiş əvvəlki seçkilərin nəticələrinə görə Liberal Demokratik Partiyanın (LDP) itirdiyi çoxluğu geri qaytarmağa ümid edir. Xatırladaq ki, plan üzrə növbəti seçkilər 2028-ci ildə keçirilməli idi.







