6 C
Baku
Friday, January 23, 2026

2025-ci ildə əhali geyim və ayaqqabıya 9.6 milyard manat xərcləyib

2025-ci ildə Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 9 milyard 655 milyon manat vəsait xərclənib.

Banker.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4% çoxdur.

Qeyd edək ki, ötən ilin dekabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 901 milyon manata bərabər olub.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 642.5 milyon manat dəyərində məhsul istehsal edilib.

 

Son xəbərlər
Digər xəbərlər