Azərbaycan Qarabağda yaşayan 10 erməni və 1 etnik rusu Ermənistana təhvil verib.
Banker.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.
Onun sözlərinə görə, onlar aidiyyəti strukturlara müraciət edərək Ermənistana köçürülmələrini xahiş ediblər və bu müraciətlər əsasında Ermənistana gətiriliblər.
Qarabağda yaşayan ermənilərin özlərinin yazılı müraciətləri və istəklərinə uyğun olaraq Ermənistan tərəfə keçməsinə şərait yaradılıb.






