Dövlət Vergi Xidməti qeyri-yaşayış sahələrinin icarəsi ilə bağlı müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Faktor Qrup-S-1” QSC ilə qeyri-yaşayış sahələrinin icarəyə götürülməsi barədə razılığa gəlib.
İcarəyə götürülən obyektlər Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Ünvanlardan biri 181 A nömrəli binada yerləşən və ümumi sahəsi 6 700 kvadratmetr, digəri isə 189 C ünvanında yerləşən, ümumi sahəsi 175 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Müqavilənin ümumi məbləği 1 496 760 manat təşkil edir.






