Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya, ABŞ nümayəndələrinin üçtərəfli görüşü başlayıb.
Bu barədə həmin ölkənin xarici işlər naziri Abdulla bin Zaid Al Nahyan bildirib.
“Danışıqlar bu gün Əbu-Dabidə başlayıb. Cədvələ görə, onlar iki gün davam edəcək”, – məlumatda deyilib.
Al Nahyan üçtərəfli dialoqun Rusiya-Ukrayna münaqişəsinin başa çatması üçün nəzərəçarpan irəliləyişə gətirib çıxaracağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri bu gün Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə gediblər. Müharibə başlayandan bəri üç ölkənin nümayəndələri hələ üçtərəfli formatda görüşməmişdilər.






