6 C
Baku
Saturday, January 24, 2026

Çin avtomobil şirkəti “Nissan”ın zavodunu satın aldı

Çinin “Chery” avtomobil şirkəti “Nissan”ın və Cənubi Afrika Respublikasının (CAR) Rosslin şəhərindəki istehsal aktivlərini alıb.

Sövdələşmə torpaq sahəsinin, binaların və əlaqəli infrastrukturun, o cümlədən bitişik zavodun “Chery” şirkətinə verilməsini əhatə edir.

Müqavilənin bir hissəsi olaraq, ərazidəki “Nissan” işçilərinin əksəriyyəti “Chery”dən oxşar şərtlərlə iş təklifləri alacaqlar. Bu, xeyli sayda iş yerini qoruyacaq və yerli təchizat zəncirinin davamlı fəaliyyətini təmin edəcək.

“Nissan Africa”nın rəhbəri Jordi Vila işçilərinin, tərəfdaşlarının və müştərilərinin maraqlarını nəzərə alaraq optimal həll yolu axtardığını qeyd edib. O, xarici amillərin zavodun istifadəsinə və “Nissan” strukturunda uzunmüddətli gəlirliliyinə mənfi təsir göstərdiyini vurğulayıb.

Xəbərdə bildirilir ki, “Nissan” CAR bazarında satış və xidmət əməliyyatlarını davam etdirəcək. Şirkət 2026-cı ildə “Nissan Tekton” və “Nissan Patrol” da daxil olmaqla bir neçə yeni modelin satışa çıxarılmasını planlaşdırır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər