6 C
Baku
Sunday, January 25, 2026

Bakının iki böyük qəsəbəsini birləşdirən dairəvi avtomobil yolu tikiləcək

Bakının iki böyük qəsəbəsini birləşdirən dairəvi avtomobil yolu tikiləcək.

Layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Layihəyə əsasən paytaxtın Sabunçu qəsəbəsindən Sulutəpəyə birbaşa yol çəkiləcək.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Ziya Bünyadov prospektinə alternativ oalraq çəkiləcək bu yol, şərq-qərb nəqliyyat axınının olduğu prospektdə sıxlığın qarşısını almağa kömək edəcək. Dairəvi avtomobil yolunun keçəcəyi ərazilər də təxmini olaraq bəllidir.

Ərşad Hüseynov bildirir ki, layihənin həyata keçirilməsi ilə yük avtomobillərinin də şəhərə daxil olmadan bu yol vasitəsilə hərəkəti təmin ediləcək.

Ekspert onu da qeyd edib ki, həmin yol istifadəyə verilən zaman yeni marşurut xətləri də fəaliyyət göstərməli, mikromobil vasitələr üçün şərait nəzərə alınmalıdır.

Son xəbərlər
Digər xəbərlər