9 C
Baku
Monday, January 26, 2026

Prezident İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib.

Banker.az xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi.

Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.

Eyni zamanda, hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulandı.

Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd etdi. O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

69770b585e49169770b585e492176940936869770b585e48f69770b585e490

69770b5864dcd69770b5864dce176940936869770b5864dcb69770b5864dcc

Son xəbərlər
Digər xəbərlər