3 C
Baku
Tuesday, January 27, 2026

Qiymətli metalların fyuçersləri dəyərini itirir

Nyu-York Əmtəə Birjasında (NYMEX) və onun bölməsi olan “Comex”də platin, palladium, qızıl və gümüş üzrə fyuçerslərin qiyməti 0,5–10% aralığında eniş göstərir. Bu barədə ticarət meydançalarının məlumatlarında bildirilir.

Bakı vaxtı ilə saat 09:18-ə olan məlumata görə, NYMEX-də 2026-cı ilin mart tədarüklü palladium fyuçersi bir troya unsiyası üçün 1 968 dollar səviyyəsində olub (-10,11%), 2026-cı ilin aprel tədarüklü platin fyuçersi isə 8,44% ucuzlaşaraq 2 635,3 dollara düşüb.

Eyni zamanda, “Comex”də 2026-cı ilin fevral tədarüklü qızılın qiyməti bir troya unsiyası üçün 5 056,3 dollar təşkil edib (-0,52%). 2026-cı ilin mart tədarüklü gümüş fyuçersi isə 107,715 dollar səviyyəsində olub (-6,74%).

Bir gün əvvəl qızıl, gümüş və platin üzrə fyuçerslər tarixi maksimumları yeniləmiş, müvafiq olaraq 5 107, 117,7 və 2 925 dollara qədər yüksəlmişdi. Palladium fyuçersi isə 12 oktyabr 2022-ci ildən bəri ilk dəfə olaraq 2 195 dollar həddini keçmişdi.

Son xəbərlər
Digər xəbərlər