3 C
Baku
Tuesday, January 27, 2026

PAŞA Sığorta 33 368 AZN zərəri ödədi!

Müştəriyönümlü xidmət standartları ilə seçilən PAŞA Sığorta baş vermiş qəza hadisəsi ilə bağlı Tam KASKO sığortalı müştərisinə 33 368 AZN məbləğində ödənişini həyata keçirib.

Hadisə zamanı sığortalıya məxsus nəqliyyat vasitəsini idarə edən sürücü idarəetməni itirərək hasara və yol kənarındakı maneəyə çırpılıb, nəticədə avtomobil aşıb və məhvə uğrayıb.

PAŞA Sığortada göstərilən sığorta xidmətləri müştərilərin qəfil və gözlənilməz hallarda maliyyə yükünü minimuma endirməyə, onların rahatlığını təmin etməyə yönəlib.

Qeyd edək ki, Tam KASKO sığortası avtonəqliyyat hadisəsi, atılmış və düşmüş əşyalar, heyvanların hərəkəti, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii fəlakətlər zamanı avtomobilə dəyən zərəri qarşılayır.

 

Son xəbərlər
Digər xəbərlər