2025-ci ildə Azərbaycanda icbari avtomobil sığortası üzrə sığorta haqları 182,11 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 8,6% artım deməkdir.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödənişlər isə 137,59 milyon manat təşkil edib ki, bu da yığımların təxminən 75,5 faizi qədərdir.
Eyni dövrdə sığorta ödənişləri 137,59 milyon manat olub ki, bu da əvvəlki ilə nisbətən 5,8% artımdır.
Zərərlilik nisbətinə baxdıqda, 2025-ci ildə ödənişlərin haqlara nisbəti 75,6% olmaqla icbari avto-sığorta sektorunda vəziyyətin şirkətlər üçün bir qədər düzəldiyinə işarədir. Bununla belə, hələ də riskli nisbət kimi qəbul edilir.
2022-ci ildə icbari avtomobil sığortası üzrə haqlar 113,84 milyon manat, ödənişlər 90,28 milyon manat olub. 2023-cü ildə haqlar 170,93 milyon manat, ödənişlər 97,91 milyon manat səviyyəsinə yüksəlib. 2024-cü ildə haqlar 167,71 milyon manat, ödənişlər 129,99 milyon manat olub.
Beləliklə zərərlilik nisbəti 2022-ci ildəki 79,8%-dən 2023-cü ildəki 57,3%-ə düşsə də, 2024-cü ildə yenidən 77,6%-ə qədər qalxmışdı.






